“Rusiyanın şərtləri ilə sülh bağlansa, sanksiyalar ləğv olunmayacaq”- Almaniya kansleri

“Ukraynada Rusiyanın qoyduğu şərtlərlə sülh bağlansa, Almaniya sanksiyaların ləğvinə razı olmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

“Sanksiyalarımızı uzun müddət qüvvədə saxlamalı olacağımız əvvəldən bizə aydın idi. Bizə o da aydındır ki, Rusiyanın tətbiq etdiyi şərtlərlə sülh əldə olunarsa, bu sanksiyaların heç biri ləğv edilməyəcək”, – Şolts deyib.

Kansler qeyd edib ki, bu yol hətta Almaniya kimi güclü, firavan ölkə üçün belə, asan deyildi: “Hazırda bir çox Almaniya vətəndaşı benzinin və ərzaq məhsullarının baha olmasından əziyyət çəkir. Bizə çoxlu dözüm və təmkin lazım olacaq”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan əhalisinin sayı açıqlanıb

Sonrakı məqalə

“Azərbaycanı tanımadığıma görə utanıram” –