“Ruslar üçün tribunal yaradılmalıdır” –Avropa İttifaqının Ali Nümayəndəsi

“Ukraynadakı hərəkətlərə görə rusları məsuliyyətə cəlb etmək üçün müstəqil tribunalın yaradılmasına ehtiyac var”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində “Politico” nəşrinə müsahibəsində deyib.

“Biz rusların öz hərəkətlərinə görə cavab vermələrinin tərəfdarıyıq. Rusiya və Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyillər, ona görə də xüsusi yurisdiksiya tapmağa dəyər”, – Boreel bildirib.

Bu arada, Ukrayna hökuməti Rusiyanın yüksək siyasi və hərbi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün “Nürnberq Tribunalı” modelini dəstəkləyir.

Azpost.info

 

Əvvəlki məqalə

Daha 95 erməni hərbçisinin meyiti Ermənistana təhvil verilib

Sonrakı məqalə

“ABŞ-ın hegemonluğu əbədi davam edə bilməz”