“NATO sammitində Vladimir Zelenskiyə bildirilib ki, Ukraynadakı münaqişə yalnız hərbi yolla, döyüş meydanında qalib gələrək həll olunmalıdır”.
Azpost.info xəbər verir ki, bunu Belçikanın baş naziri Aleksandr De Kroo deyib.
O qeyd edib ki, sammitdə NATO liderlərinin Zelenski ilə danışmaq imkanı olub. “Biz prezident Zelenskiyə və Ukrayna xalqına döyüş meydanında qalib gəlmək üçün dəstək verməyə davam etməliyik”, – baş nazir bildirib.
Azpost.info