“Ukraynanı dəhşətli qış gözləyir”- NATO Baş katibi

“Ukraynanı dəhşətli qış gözləyir”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyans ölkələrinin xarici işlər nazirlərinin noyabrın 29-30-da Buxarestdə keçiriləcək görüşü ərəfəsində mətbuat konfransında deyib.

Baş katib bildirib ki, bloka üzv ölkələr Ukraynanın qışdan çıxması üçün Kiyevə yeni yardımlar ayırmaq niyyətindədirlər.

Stoltenberq onu da qeyd edib ki, Şimali Atlantika Alyansının qapıları Ukrayna üçün açıq qalır: “NATO-nun qapıları açıqdır. Bu, təkcə sözdə deyil, biz bunu öz əməllərimizdə göstərmişik. Rusiyanın NATO-nun genişlənməsinə veto hüququ yoxdur. Bu mesaj Ukraynaya da aiddir”.

Stoltenberqin sözlərinə görə, Kiyevə dəstəyi müzakirə etmək üçün Ukrayna xarici işlər nazirini Buxarestdə keçiriləcək görüşə dəvət ediblər. Görüşdə Gürcüstan, Moldova, Bosniya və Herseqovina, Finlandiya və İsveçin xarici işlər nazirləri də iştirak edəcək.

Azpost.info

 

 

Əvvəlki məqalə

“İranda erməni dilində məktəblər var, Azərbaycan dilində məktəb yoxdur. Bu necə ola bilər?” –

Sonrakı məqalə

Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır –