Ukraynanın Avropa İttifaqına namizədlik statusu təsdiqləndi 

Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına namizədlik statusunu təsdiqləyib. 

Azpost.info bildirir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyaen Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.

Avropa Komissiyası bununla bağlı Avropa İttifaqı Şurasına tövsiyyəsini verib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa Komissiyasının Ukraynaya namizəd statusu verilməsi ilə bağlı qərarına münasibət bildirib.

“Twitter“ hesabında paylaşım edən nazir bu hadisənin Ukraynanın Rusiyaya viza rejimi tətbiq etmək qərarı ilə eyni günə təsadüf etməsinin tarixi təsadüf olduğunu vurğulayıb.

“Eyni gündə Avropa Komissiyası Ukraynaya Avropa İttifaqına (Aİ) üzvlük üçün namizəd statusu verilməsini tövsiyə edir və Ukraynada Prezidentinin qərarı ilə Rusiya ilə viza rejiminin tətbiqi qərarı qəbul edilir. Biz bu cür təsadüfü planlaşdırmamışdıq, tarix özü kimi hara doğru getməsi ilə bağlı simvol yaratmağa qərar verdi”, – nazir vurğulayıb.

Kuleba Avropa Komissiyasının müsbət qərarını alqışladığını və bunun Ukraynanın gələcək transformasiyasında böyük rol oynayacağını qeyd edib.

Əvvəlki məqalə

Təbrizin “Traktor” komandasının sabiq məşqçisi “Neftçi”yə baş məşqçi gəldi –

Sonrakı məqalə

“İranı qıcıqlandıran ABŞ-ın rəsmi Bakıya isti münasibətidir” –