Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa verib

13 İyul 2021 - 20:43

Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa ərizəsi yazıb.

Bu barədə “Vesti.ua” portalı “Xalqın xidmətçisi” fraksiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna parlamenti iyulun 15-də keçiriləcək iclasda daxili işlər nazirinin istefa ərizəsinə baxacaq.

Ukrayna Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, erməni əsilli Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir.