Ukraynanın HİMARS raketi rus bazasını necə vura bilib? –Ölən hərbçilərinin sayı 89-a çatıb

Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Makeyevka rayonunda yerləşən Rusiya hərbçilərinin müvəqqəti yerləşdirildiyi məntəqəyə zərbə endirməsi nəticəsində həyatını itirən Rusiya hərbçilərinin sayı 89-a çatıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Ukrayna ordusu “HIMARS” reaktiv yaylım atəş sistemindən Makeyevkada yerləşən Rusiya Silahlı Qüvvələrinin müvəqqəti dislokasiya məntəqəsinə zərbə endirib.

Rusiya Müdafiə Nazirliyi yanvarın 2-də yaydığı məlumatda 63 hərbçisinin həlak olduğunu açıqlamışdı.

Nazirlik onu da bildirib ki, ölənlər arasında alay komandirinin müavini, polkovnik-leytenant Baçurin də var.

Rusiya Müdafiə Nazirliyi hadisənin əsas səbəbi kimi şəxsi heyətin qadağaya zidd olaraq mobil telefonlardan kütləvi şəkildə istifadə etməsini göstərib.

Qeyd olunub ki, faciənin günakarları məsuliyyətə cəlb ediləcək və gələcəkdə belə hadisələrin baş verməməsi üçün lazımi tədbirlərin görüləcək.

Əvvəlki məqalə

“İranın ermənipərəst bəyanatları bizi də narahat edir” –

Sonrakı məqalə

Laçın yolunda etirazlar 24 gündür davam edir