Laçın yolunda etirazlar 24 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşadan keçən Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

24 gündür davam edən aksiyada iştirakçılar müxtəlif şüarlar səsləndirirlər.
Aksiya gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına uyğun heç bir insident müşahidə edilmədən baş tutub. (APA)

Əvvəlki məqalə

Ukraynanın HİMARS raketi rus bazasını necə vura bilib? –

Sonrakı məqalə

ABŞ-ın dövlət katibi Çinə səfər edəcək