“Ukraynanın mülki infrastrukturuna 127 milyard dollar ziyan dəyib”- Nazir müavini

Ukraynanın mülki və kritik infrastrukturuna dəyən ziyan 127 milyard dolları ötüb.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin birinci müavini Emine Caparova bildirib.

Onun sözlərinə görə, ölkənin bərpası ən böyük investisiya layihələrindən olacaq.

“Ukrayna Avropanın ən böyük tikinti sahəsinə çevrilib və bu, beynəlxalq tərəfdaşlara mühəndislik, tikinti və texnologiya transferi sahəsində ən yaxşı təcrübələrdən istifadə etmək üçün geniş imkanlar yaradır”, – Caparova deyib.

Nazir müavini həmçinin BMT dövlətlərini Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi “sülh formulu”nu dəstəkləməyə çağırıb: “Bu, Ukraynaya və bütün dünyaya təhlükəsizliyi və ədaləti qaytara bilər”.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza Təhlükəsizlik Şurasının iclasında Kiyevin təklif etdiyi sülh təşəbbüslərini tənqid edib. Onun fikrincə, Zelenskinin “sülh planı”nın reallıqla heç bir əlaqəsi yoxdur.

Azpost.info

Əvvəlki məqalə

Ölüm qeydiyyatı qaydalarını pozanlar 300 manatadək cərimələnəcək

Sonrakı məqalə

Zakir Həsənov qoşun komandanlarını topladı –