“Kiyev öz ərazi sularını minalardan təmizləyərsə, Rusiya hərbçiləri Ukrayna taxılı olan gəmilərin keçidini təmin edəcək”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
XİN rəhbəri iddia edir ki, Moskva bir aydan çoxdur Ukrayna limanlarından taxıl ixracını təmin etmək üçün tədbirlər görür: “Taxıl ixracı üçün Ukraynanın ərazi dənizində yerləşən sahil sularını təmizləmək lazımdır. Əgər bu minatəmizləmə problemi həll olunarsa, Rusiyanın hərbi dəniz qüvvələri bu gəmilərin maneəsiz keçidini təmin edəcək”.
Qeyd edək ki, Ukrayna limanlarında 25 milyon ton taxılın bloklandığı deyilir.
Azpost.info
