Kiyevə yardım Rusiyanın dondurulmuş aktivlərindən ayrılacaq?- “Financial Times” AÇIQLADI

Əvvəllər Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini açıq şəkildə dəstəkləməyən ABŞ G7 müttəfiqlərinə onları beynəlxalq hüquqa uyğun olaraq necə müsadirə etməyin yollarını göstərib.

Azpost.info xəbər verir ki, “Financial Times”ın yazdığına görə, Vaşinqton vəsaitlərin Ukraynanın xeyrinə ötürülməsi ilə bağlı açıq olmayan danışıqlarda iddialı mövqe tutub.

Nəşr yazır ki, aktivlərin müsadirəsi ideyası Ukraynaya on milyardlarla dollarlıq yardımın ayrılmasına səbəb olan Aİ və ABŞ daxilində siyasi fikir ayrılıqları kontekstində daha aktuallaşıb.

Avropalı diplomat nəşrə bildirib ki, Qərb ölkələri Ukraynaya maliyyə dəstəyinin yollarını tapmalıdırlar və Rusiyanın aktivləri potensial maliyyə mənbəyi kimi nəzərdən keçirilir.

G7 üzvünə ünvanlanan sənəddə ABŞ-ın mövqeyi belə əks olunub: “G7 üzvləri və digər təsirlənən dövlətlər Rusiyanı təcavüzünü başa çatdırmağa sövq etmək üçün Moskvanın suveren aktivlərini müsadirə edə bilərlər”.

“Financial Times”ın məlumatına görə, Rusiya aktivlərinin müsadirəsi mövzusu Rusiyanın Ukraynaya təcavüzünün başlamasının ikinci ildönümünə – 2024-cü il fevralın 24-nə planlaşdırılan G7 liderlərinin qarşıdan gələn görüşündə müzakirə oluna bilər.

Qərb ölkələri müharibə başlayandan sonra Rusiya Mərkəzi Bankının 300 milyard dollara yaxın ehtiyatını bloklayıb. ABŞ Maliyyə Nazirliyi Rusiyanın dondurulmuş aktivlərinin ümumi məbləğinin 330 milyard dollar olduğunu bəyan edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda qış turizm mövsümü açılıb

Sonrakı məqalə

PFL-in prezidenti və vitse-prezidenti əməliyyat olunacaqlar