Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Turizm

Azərbaycanda qış turizm mövsümü açılıb

User 16 Dekabr 2023 - 15:10 (Last updated: 21 May 2025 - 20:15)
_1481881987

Dekabrın 16-17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.

Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Tədbir çərçivəsində media nümayəndələrinə “Şahdağ” Turizm Mərkəzinin 2023-cü il üzrə fəaliyyətinə dair video təqdimatı nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bu qış mövsümündən xizək həvəskarları üçün uzunluğu 1800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamacın istifadə verildiyini, eyni zamanda kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayının 449-dan 488-ə çatdırıldığını bildirib. O, həmçinin bu il “Şahdağ” Turizm Mərkəzinin qlobal turizm bazarlarına çıxış imkanlarının genişləndirilməsi və turist cəlbediciliyinin artırırılması məqsədi ilə Rusiya, Qazaxıstan və Özbəkistanın dağ kurortlarını özündə birləşdirən Avrasiya Dağ Kurortları Alyansına üzv seçildiyini və gələcəkdə bu əməkdaşlığın Azərbaycanın qış turizminin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.

Tədbirdə media nümayəndələrinə 2024-cü ilin mart ayında Şahdağda ilk dəfə olaraq xizək alpinizmi üzrə Beynəlxalq Xizək Alpinizm Federasiyasının (ISMF) beynəlxalq seriya yarışının keçiriləcəyi haqqında məlumat verilib.

Təqdimat zamanı “Şahdağ” Turizm Mərkəzinin əsas hədəfinin yerli və əcnəbi ziyarətçilərin sayında müsbət dinamikaya nail olmaq, müştəri məmnunluğunu artırmaq, ölkədaxili və ölkəxarici tanıtım fəaliyyətlərini intensivləşdirmək, xüsusilə Şahdağı təkcə qış turizmi baxımından deyil, il boyu fəaliyyət göstərən turizm mərkəzi olaraq təbliğini genişləndirməkdən ibarət olduğu diqqətə çatdırılıb.

Mediaturda KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb. İki günlük tədbir çərçivəsində KİV nümayəndələri hotellər, turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr ilə tanış olub, xizək vasitələri, kanat yolları, müxtəlif atraksionlar və qış əyləncələrindən istifadə ediblər.

Mediatur çərçivəsində, həmçinin qış mövsümünün açılışı ilə əlaqədar olaraq Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan və Serbiyadan, eləcə də bir sıra Yaxın Şərq ölkələrindən dəvət olunan 90-a yaxın turizm nümayəndəsi və blogerlər, həmçinin xarici tərəfdaş kurortların 12 üzvü iştirak edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayından dekabr ayının 15-ə kimi “Şahdağ” Turizm Mərkəzində hotellerdə gecələyənlərin sayı 67 min 821 nəfər, mərkəzə səfər edən qonaqların ümumi sayı isə 158 min 506 nəfər təşkil edib.

Post navigation

Previous: AXCP prezident seçkisində iştirak etməyəcək
Next: Kiyevə yardım Rusiyanın dondurulmuş aktivlərindən ayrılacaq?

Oxşar xəbərlər

mediatur isma
  • Turizm

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

User 09 Oktyabr 2026 - 11:00
turizm
  • Turizm

Səyahətdə pula qənaət etməyin yolları

User 07 Oktyabr 2026 - 18:00
icariseher qoruq
  • Turizm

İçərişəhərdə restoranlarla niyə 6 aylıq icarə müqaviləsi bağlanır?

User 25 Sentyabr 2026 - 20:42

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.