Ukryananın hucumu Rusiyanın logistik vəziyyətini pisləşdirib, “referendum” təxirə düşüb –ISW

Ukrayna hərbçiləri Rusiyanın cənubda yerləşən canlı qüvvə, texnika, komanda məntəqələrini və maddi təchizat qovşaqlarını dəqiq zərbələrlə vurur. Bununla düşmənin logistik imkanlarını zəiflədirlər.

Azpost.info bildirir ki, bu barədə Müharibəni Tədqiq İnstitutu (ISW) məlumat yayıb.

“Ukraynaın əks hucumu Rusiyanın texniki və inzibati potensialını hissediləcək dərəcədə pisləşdirir”-deyə analitiklər vurğulayıblar.

Əks-hucum Rusiyaya işğal edilmiş ərazilərdə referendum keçirməyə mane olub, “təhlükəsizlik səbəbindən” proses dayandırılıb: “Ukrayna ordusu Xerson vilayətində rusların taktiki və operativ səviyyəsini tədricən azaltmaq niyyətindədir. Bu çox guman ki, işlağçıların inzibati və bürokratik imkanlarına əhəmiyyətli təsir edəcək”.

 

Əvvəlki məqalə

Balakəndə bir gecədə iki mağazanı soyan oğru tutulub –

Sonrakı məqalə

“Rusiyanı terrorizmin sponsoru olan dövlət elan etmək lazım deyil” –