“Ümid edirəm, ABŞ Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək” –

Putindən açıqlama
22 Oktyabr 2020 - 20:53

“Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Valday klubu forumunda onlayn çıxışı zamanı bildirib.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bizə gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Mən çox ümid edirəm ki, bizim amerikalı tərəfdaşlarımız bizimlə birlikdə hərəkət edəcək və  nizamlanmaya kömək edəcək. Daha yaxşısına ümid edəcəyik”, – deyə Rusiya prezidenti vurğulayıb.