“Ümid edirik ki, Rusiya prezidenti Ermənistanın təklifini dəstəkləyəcək”- PAŞİNYAN

“Siz Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsi məsələsinə toxundunuz. Bu prosesin Qarabağla bağlı bəzi mühüm parametrlərini vurğulayaraq, erməni tərəfinin lehinə olan prinsiplərin seçilməsini dəstəkləyəcəyinizi bildirdiniz”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.

Paşinyan KTMT-nin Putinin iştirakı ilə keçən son iclasında Rusiya tərəfindən Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər layihəsinin təklif etdiyi yanaşmaları məqbul saydığını xatırladıb.

Paşinyan ümid etdiyini bildirib ki, Rusiya prezidenti Ermənistan tərəfinin təklifini dəstəkləyəcək. Yəni bugünkü mümkün üçtərəfli bəyanatın mətnində müvafiq sənədə istinad olunacaq: “Ermənistan bunu təklif edib, lakin hələ ki, Rusiya tərəfinin bu təklifi dəstəklədiyinə dair heç bir təsdiqimiz yoxdur. Bu, 2022-ci il oktyabrın 6-da Praqada əldə olunmuş təkliflərə zidd deyil”.

O, həmçinin qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması məsələsi Ermənistan üçün vacibdir.

Azpost.info

 

Əvvəlki məqalə

Nikol Paşinyan sabah İrana gedəcək

Sonrakı məqalə

“Biz Rusiyanın bu mövqeyini bölüşmürdük…” –