Nikol Paşinyan sabah İrana gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 1-də Tehrana səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Ermənistanın Baş nazirinin başçılıq etdiyi rəsmi nümayəndə heyətinin səfəri İran prezidenti İbrahim Rəisinin rəsmi dəvəti ilə baş tutacaq.

Səfər zamanı Tehran və İrəvan arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

Paşinyan sonuncu dəfə 2021-ci ilin avqustunda İrana işgüzar səfər edib.

Azpost.info

Əvvəlki məqalə

“Bu münaqişəyə son qoymalıyıq!”

Sonrakı məqalə

“Ümid edirik ki, Rusiya prezidenti Ermənistanın təklifini dəstəkləyəcək”