Ümrə ziyarəti üçün müraciətlərin qəbulu başlayır

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi avqustun 9-dan etibarən Ümrə ziyarətinə gəlmək istəyən dindarların müraciətinin qəbuluna başlayır.

Rəsmi SPA agentliyinin saytında yerləşdirilən məlumatda qeyd edilib ki, zəvvarlar İslam ayinlərini icra edəcək, habelə Məkkədəki Böyük Məscid və Mədinədəki Peyğəmbər məscidində namaz qılacaqlar.

Məlumatda bildirilib ki, yerli və əcnəbi zəvvarların müraciətləri internetdə yerləşdirilmiş “Eatmarna” və “Tavakkalna” tətbiqləri vasitəsilə həyata keçiriləcək. Bu il hər biri 60 min zəvvar olmaqla 8 qrup qəbul ediləcək və Ümrə ziyarətinə gələnlərin ümumi sayı hər ay 2 milyon nəfərə çatacaq. Nazir müavini Əbdülfəttah bin Süleyman Məşat jurnalistlərə müsahibəsində deyib ki, zəvvarların təhlükəsizliyini təmin etmək məqsədilə ölkənin uyğun nazirlikləri ilə birgə tədbirlər planı hazırlanıb.

Ümrə ziyarətinə gələcək əcnəbilər mütləq qaydada öz ölkələrində COVID-19 əleyhinə vaksinasiya sertifikatı təqdim etməli olacaqlar. Bu vaksinlər Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıda olmalıdır. Siyahıda olan vaksinlərlə bağlı ətraflı məlumat nazirliyin rəsmi saytında yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Laçında erməni yoxdur, mağazalar işləmir. Hər yer bağlıdır”

Sonrakı məqalə

Tərtərdə raket düşən evlər niyə təmir edilmir? –