Ümumdünya Səhiyyə Təşkilatı:

"Ebola erası sona çatır"
07 Mart 2020 - 20:12

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebolaya yoluxmuş son pasiyentin evə buraxıldığını və epidemiyanın sona yaxınlaşdığını açıqlayıb.

“Report” “Euronews”a istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasının şərqində güclü təsirə malik Ebolanın son daşıyıcısı da sağalıb.

Məlumata görə, yaxın 42 gündə başqa yoluxma faktı qeyd edilməsə, ÜST ölkədə Ebola epidemiyasının başa çatdığını elan edəcək.

Qeyd edək ki, epidemiyanın ortaya çıxdığı 2018-ci ilin avqust ayından indiyədək 3 444 yoluxma faktı qeydə alınıb və 2 264 nəfər ölüb. Ebola Qərbi Afrikada 2014-cü ildə başlayan və 11 mindən çox insanın həyatına son qoyan epidemiyadır.