Ümumdünya Səhiyyə Təşkilatının missiyası ölkəmizə gəlib –

Oqtay Şirəliyevlə görüşüb (FOTO)
23 İyul 2020 - 09:54

COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin missiyası ölkəmizə səfər edib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, missiyanın məqsədi ölkədə mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir.

Missiya çərçivəsində Səhiyyə naziri Oqtay Şirəliyevlə və nazirliyin digər rəsmi nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Azərbaycanda cari vəziyyət və COVID-19 pandemiyasına qarşı görülən tədbirlər müzakirə edilib.