Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Ümummilli Liderimizin fəaliyyəti dövlətçiliyimizin gücləndirilməsi ilə bağlı idi” –

User 10 May 2022 - 14:14 (Last updated: 21 May 2025 - 20:15)
hikmet haciyev

“Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın inkişafı, dövlətçiliyimizin gücləndirilməsi ilə bilavasitə bağlı idi. Məhz buna görədir ki, Ulu Öndərin irsi Azərbaycan xalqının qəlbində yaşayır və daim yaşayacaq.

Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev deyib ki, Ulu Öndər fenomeninə yalnız Azərbaycana rəhbərliyi konteksindən deyil, son 200 il ərzində ölkəmizə qarşı işlənib hazırlanan məkrli planlar çərçivəsindən baxmaq lazımdır. İstər XIX, istərsə də XX əsrdə ölkəmizə qarşı bu plan addım-addım həyata keçirilirdi. Yaşanan tarix xüsusilə XX əsrin əvvəlində bu planın daha ardıcıl və intensiv həyata keçirilməsinin şahididir. Xüsusilə qeyd etməliyik ki, məhz Qarabağ hərəkatı – yəni, Ermənistan, erməni lobbisi və dairələri tərəfindən Qarabağın işğalı da 1980-ci illərin sonunda – Ulu Öndərin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra və ona qarşı məkrli planların həyata keçirilməsi ilə sinxron olaraq başladı.

Burada məkrli planı həyata keçirənlər ilk baxışda hər şeyi çox yaxşı şəkildə planlaşdırsalar da, onlar iki şeyi nəzərə ala bilməmişdilər. Bu, Ümummilli Liderin qətiyyəti və Azərbaycan xalqının əzmi idi ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin təməlləri qoyuldu. Eyni zamanda, ölkəmizin daxili inkişafının, xarici siyasət strategiyasının asası qoyuldu. Bununla da Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoydu.

“Dahi liderlər yalnız yaşadıqları dövrlə deyil, özlərindən sonra qoyub getdikləri siyasi irslə yadda qalırlar. Ulu Öndər tərəfindən təməli qoyulan siyasi irs bu gün də uğurla davam etdirilir. Onun tərəfindən edilən bir vəsiyyət var idi: Qarabağımızın və işğal altındakı torpaqlarımız azad olunması. 2020-ci il noyabrın 8-də Azərbaycanın tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyev xalqımıza, dünya azərbaycanlılarına müraciətində ata vəsiyyətinin həyata keçirildiyini xüsusi qeyd etdi”, – deyə Prezidentin köməkçisi bildirib.

Post navigation

Previous: Qazaxıstan Prezidenti Türkiyəyə səfər edib
Next: Litva Rusiyanı terrorçu dövlət kimi tanıdı –

Oxşar xəbərlər

sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25

xƏBƏR

menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Bakıda mənzil almaq istəyənləri daha yüksək qiymətlər gözləyir. Paytaxtın daşınmaz əmlak bazarında bahalaşma oktyabr ayında da davam...
Read more about Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.