Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Unibank”n kredit portfelində istehlak kreditləri

Orkhan Ali 14 Yanvar 2026 - 12:03 (Last updated: 14 Yanvar 2026 - 12:04)
Unibank

Unibank

“Unibank”ın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 1 milyard 304,6 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 150,1 milyon manat və ya 13% artım deməkdir.

FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatlarına istinadən xəbər verir.

Bankın kredit portfelinin artımında əsas rolu biznes kreditləri oynayıb. Belə ki, bankın biznes kreditləri portfeli bir ildə 117,6 milyon manat (26,9%) artaraq 554,6 milyon manata yüksəlib. Nəticədə bu seqmentin ümumi portfeldəki payı əvvəlki ilin eyni dövründəki 37,8%-dən 42,5%-ə yüksəlib ki, bu da 4,7 faiz bəndi artım deməkdir.

Portfelin ən böyük hissəsi olan istehlak kreditlərinin həcmi isə 28,7 milyon manat (4,6%) artaraq 647,2 milyon manata çatıb. Məbləğ artsa da, onun portfeldəki payı 53,6%-dən 49,6%-ə enib, yəni 4,0 faiz bəndi azalıb.

Daşınmaz əmlak kreditləri portfeli isə illik müqayisədə 3,8 milyon manat (3,8%) artaraq 102,9 milyon manat təşkil edib. Bu seqmentin portfeldəki payı isə 8,6%-dən 7,9%-ə enərək 0,7 faiz bəndi azalıb.

Xatırladaq ki, əvvəlki ilin eyni dövründə bankın ümumi kredit portfeli 1 milyard 154,5 milyon manat, o cümlədən biznes kreditləri 436,9 milyon manat, istehlak kreditləri 618,5 milyon manat, daşınmaz əmlak kreditləri isə 99,1 milyon manat təşkil edirdi.

AzPost.az

Post navigation

Previous: Naxçıvanda “Tramp dəhlizi”nə qoşulacaq dəmir yolu tikilir
Next: Ukraynanın sabiq Baş nazirinə ittiham irəli sürülüb –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.