“Unu ermənilərə çatdırmayana qədər ərazidən getməyəcəyik” –Qızıl Aypara Cəmiyyətinin baş katibi

Bu gün danışıqlar aparılsa da artıq axşam saatları olmasına baxmayaraq, heç bir nəticə yoxdur.

Bunu APA-ya açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.

Bildirib ki, biz gözləmə mövqeyindəyik:

“4-cü gündür ki gözləyirik. Müəyyən problemlər üzündən biz gətirdiyimiz 40 ton unu Qarabağ iqtisadi zonasında olan erməni əsilli sakinlərə təhvil verə bilməmişik. Amma bu istiqamətdə israrlıyıq. Nə qədər lazımdırsa biz burda gözləyəcəyik. Məqsədimiz, məramımız bəllidir. Gətirdiyimiz gördüyünüz 2 TIR 40 ton unu Qarabağ iqtisadi zonasında yaşayan erməni sakinlərinə çatdırmayana qədər biz bu ərazidən getmiyəcəyik. Bu gün də, danışıqlar aparıldı amma heç bir nəticə yoxdu”.

Əvvəlki məqalə

Prezident Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayırdı

Sonrakı məqalə

Naxçıvanda yük maşını 13 yaşlı velosipedçini vuraraq öldürüb