Ürəyi xəstə olanlar bu yeməkləri yeməməlidir –Həkim rəyi

Süfrə
Süfrə

Ürək-damar xəstəlikləri olan insanların ürəyə daha çox zərər verməməsi üçün düzgün qidalanmaları vacibdir.

Azpost.info VM.ru-ya istinadən bildirir ki, bu barədə kardioloq Lenar Kaşapov deyib. Həkimin sözlərinə görə, düzgün seçilmiş menyu lazımdır.

Həkim ilk növbədə yağlı, hisə verilmiş, qızardılmış, ədviyyatlı və duzlu qidaları yeməyi  qadağan edib.  Bu qidalar ürəyi “öldürür”. Beləki, duzun həddindən artıq olması təzyiq artımına, ürək və qan damarlarının fəaliyyəti ilə bağlı problemlərə səbəb olur. Bu qidalar həmçinin arterial hipertoniyanın inkişafının, qan damarlarının vəziyyətinin pisləşməsinin və elastikliyin itirilməsinin əsas səbəbidir. Həkimin fikrincə, qanda xolesterol səviyyəsini artıran qırmızı əti mümkün qədər məhdudlaşdırmaq və ya tamamilə ləğv etmək lazımdır.

Tərəvəzlərə, meyvələrə, bütün taxıllara və dəniz məhsullarına üstünlük verilməlidir.

Kardioloq xatırladıb ki, ürək-damar xəstəliklərinə tutulma riski 45 yaşdan sonra artır. Bu yaşda ən çox rast gəlinən xəstəliklər ürək-damar xəstəliyi, ürək çatışmazlığı və hipertoniyadır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.