Uşaq bağçalarına növbəyə yazılma müvəqqəti dayandırılır

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

Buna səbəb 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlıdır. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Əvvəlki məqalə

Şamaxıda “Azərbaycan dili və Ədəbiyyatı” Forumu başlayıb –

Sonrakı məqalə

Mikayıl Cabbarov Çinə gedir