“Uşaqlar hər dəqiqə mənə deyirlər: “Ata, sən çempionsan”” –MESSİ

Argentina millisinin və PSJ -nin hücumçusu Lionel Messi Amerika kubokundakı son qələbəsinin onun üçün əhəmiyyətindən danışıb.

Qol.az xəbər verir ki, 34 yaşlı hücumçu bununla bağlı ESPN-ə açıqlamasında deyib: “Daha əvvəl kuboku qazanmağa çalışırdıq,bunu hər şeydən çox istəyirdik. Dünya kubokunu və ya Amerika Kubokunu qazanmaq çox çətindir.

Əvvəllər insanlar etdiyimiz hər şeyi qiymətləndirmirdilər, ancaq əsas məqsədə çatmadığımızı vurğulayırdılar. Bütün gücünüzü verdiyiniz üçün məmnunluq hiss etmək vacibdir … Xoşbəxtlikdən, bizim üçün sonuncu final əvvəlkilərlə eyni deyildi.

Uşaqlar hər dəqiqə mənə deyirlər: “Ata, sən çempionsan”. Mən izah edə bilmirəm. Bütün ailəmin Amerika kubokunda olmasını istərdim, amma heç bir matça, hətta finala da çıxa bilmədilər.

Bu, ödəməli olduğumuz qiymətin bir hissəsidir. Alələrimizlə yaxın ola bilmədikdə çempion olduq “.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayden və Çin Sədri Si Cinpin telefonda öz məsuliyyətlərini müzakirə edib

Sonrakı məqalə

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ukraynaya gedib