“Uşaqlar koronavirus xəstəliyini daha yüngül keçirirlər”-

ÜST
23 Sentyabr 2020 - 00:02

Toplanılmış məlumatlara əsasən, 18 yaşına çatmamış uşaqlarda COVID-19-a yoluxma göstəricisi ümumi qeydə alınmış halların 8.5 %-ni təşkil edir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, uşaqlar arasında ölüm halları daha az müşahidə edilir və onlar xəstəliyi daha yüngül keçirirlər.

“Lakin onlar arasında xəstəliyi kritik keçirənlər də qeydə alınıb”, – deyə məlumatda vurğulanıb.