ÜST 7-14 avqustu maska taxılması həftəsi elan edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 7-14 avqust maska taxılması həftəsi elan olunub.

Kampaniyaya qoşulma şərtləri də açıqlanıb:

– Maska taxaraq foto və ya videonuzu çəkin;

– Sosial mediada #MaskaTax həşteqi ilə paylaşın;

– Estafeti öz tanıdığınız şəxslərə ötürün;

Məlumatda bildirilib ki, maska təkbaşına COVID-19-a yoluxmanın qarşısını almır.

“Burnunuzu, ağzınızı və çənənizi örtmək şərtilə maska taxın, fiziki məsafəni qoruyun, əllərinizi təmiz saxlayın, kütləvi yığıncaqlardan uzaq durun, öskürəndə və asqıranda ağız və burnunuzu örtün”, – deyə ÜST-ün məlumatında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xəzərdə suyun səviyyəsi nə üçün enir? –

Sonrakı məqalə

“Bu gün keçiriləcək iclasda qaydalara nəzarətlə bağlı çox ciddi tapşırıqlar veriləcək” –