ÜST Baş katibi Qebreysus koronavirus şübhəsi ilə təcrid olundu –

“Evdən işləyəcəyəm”
02 Noyabr 2020 - 11:12

Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Qebreysus koronavirusa yoluxma şübhəsi ilə təcrid olunub.

Azpost.info bildirir ki, o, bu barədə özünün Tvitter səhifəsində yazıb.

“Müəyyən olunub ki, mən testi müsbət çıxan kiminləsə təmasda olmuşam. Özümü yaxşı hiss edirəm, amma yaxın günlərdə özünütəcrid rejimində olacağam. Evdən işləyəcəyəm”-deyə yazıb.