ÜST-dən dəhşətli proqnoz:"Dünya əhalisinin üçdə ikisi koronavirusa yoluxa bilər"

Dünya əhalisinin 2/3-si koronavirusa (COVID-19) yoluxa bilər.

APA-nın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə Çində virusun yoluxma imkanlarını araşdıran Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi İra Longini bildirib.

O bildirib ki, milyardlarla insanın koronavirusa yoluxması mümkündür: “Elan edilən karantinlər koronavirusun yayılmasını ləngidə bilər. Ancaq bu virusun Çində və digər ölkələrdə sürətlə yayılma potensialı böyükdür”.

İ.Longininin hesablamalarına əsasən, virusa yoluxmuş bir insan xəstəliyi iki-üç nəfərə ötürə bilir.

“Sürətli testlərin olmaması və bəzi insanlarda infeksiyanın nisbi yumşaqlığı onun yayılmasını izləməyi çətinləşdirir. Virusun yayılmasını azaltmaq üçün vasitə olsa belə, demək olar dünya əhalisinin 2/3-sinin bu virusa yoluxma təhlükəsi var. Karantin virusu dayandırmaq iqtidarında deyil”, – deyə tədqiqatçı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvan Elektron Təhlükəsizlik Mərkəzi “TikTok” təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Sonrakı məqalə

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının karantin müddəti başa çatıb