ÜST koronavirusdan ölənlərin sayını açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 7-nə olan məlumatı açıqlayıb.

APA-nın xəbərinə görə, son 24 saat ərzində Kolumbiya, Müqəddəs Taxt-Tac, Peru, Serbiya və Toqoda koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Bununla da xəstəliyin qeydə alındığı ölkələrin sayı 93-ə çatıb.

Martın 7-də dünyada 3 min 735 nəfər koronavirusa yoluxub və beləliklə dünyada koronavirusa yoluxanların sayı 101 min 927 nəfər olub.

Ötən gün Çində  102 nəfərdə virusa yoluxma aşkarlanıb və bununla da ölkədə koronavirusa yoluxanların sayı 80 min 813 nəfərə çatıb. Martın 7-də Çində 28 nəfər bu xəstəlikdən həyatını itirib. Nəticədə Çində koronavirus qurbanlarının sayı 3 min 73 nəfər olub.

Martın 7-də digər ölkələrdə isə 3 min 633 nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb. Bununla da Çin istisna ilə, digər ölkələrdə koronavirus qurbanlarının sayı 413 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ali təhsilin bakalavriat səviyyəsində sərbəst işə dair tələblər ləğv edilib

Sonrakı məqalə

Ermənistan Qazaxda sərhəd məntəqələrimizi iri çaplı silahlardan atəşə tutub