Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qərargahdan bildirilib ki, Azərbaycan Respublikasının ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.