ÜST “Pfizer” şirkətindən peyvənd alacaq –

40 milyonluq dozada müqavilə imzalayıb
23 Yanvar 2021 - 10:37

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “COVAX” proqramı çərçivəsində 40 milyon doza COVID-19 peyvəndini tədarük etmək üçün Pfizer/BioNTech ilə müqavilə imzalayıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Baş direktor qeyd edib ki, bundan əlavə, 150 milyon doza AstraZeneca/Oxford peyvəndinin çatdırılması gözlənilir: “COVAX” proqramı çərçivəsində peyvəndlərin paylanmasına fevral ayında başlanılacaq”.