Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

“Vəhdət yaradan ölkə kimi ön sıralardayıq”

User 04 Aprel 2023 - 21:24 (Last updated: 21 May 2025 - 20:15)
nicat ilahiyyat

Tarix boyu din adından sui istifadə edənlər olub. Buna el dilində bəzən “din pərdəsi altında gizlənmək” də deyilir. Müqəddəs Qurani Kərimdə və eləcə də hədislərdə bu barədə kifayət qədər danışılır.

Qurani Kərimdə bir çox ayələrdə bu ifadə keçir: “Onlar sizi Allah ilə aldatmasın”. (Fatir sürəsi 5, Hədid sürəsi 14, Loğman sürəsi 33). Tarixən bizim məmləkətimiz dini dəyərləri müsbət qarşılayan bir məkan olub. Dinlər arasında vəhdət yaradan, insanları birliyə çağıran, bir ölkə olaraq dünyada ən ön sıralarda gedən xalqlardanıq. Dinin ən əsas xüsusiyyəti sevgi və məhəbbətdir. Burada bütün sevgidən gedir söhbət. Valideyn sevgisi, övlad sevgisi, vətən sevgisi. Din sevgidən başqa bir şey deyildir. Aqressiv, milli asayışı, daxili birliyi pozan çağırışlar hamısı birmənalı şəkildə qınanılmalıdır. Heç bir Peyğəmbərin, İmamın və ya onların səhabələrinin dövründə aqressiv təbliğat, çaxnaşma, gərginlik yaratmaq istəyi görə bilmərsiz!

Gəlin, lap əvvələ qayıdaq, din adından sui istifadə, din pərdəsi altında gizlənmək. Bunlar əhəmiyyətli mövzudur. Tarixən belə hadisələr çox olub. Siffeyn döyüşündə insanları yoldan çıxartmaq üçün Quranları nizəyə taxırdılar. Halbuki o şəxslər idi ki, onlar alınları səcdədən qabar etmişdi, gözəl avazla quran oxuya bilirdilər. Məqam ki, yetişdi, öz məqsədləri uğrunda dini fəda etdilər. Din heç zaman manipulyasiya vaistəsi olmamalıdır. Dindən istifadə edib, şəxsi maraqlar uğrunda hərəkət etmək, heç bir ləyaqətli şəxsə yaraşmaz. Dünyanın hər ölkəsində olduğu kimi, Azərbaycanda da istər ictimai, istər daxili asayişi pozmaq istəyən radikal qüvvələr kifayət qədərdir. Dini atributlar və dini mərasimlər siyasi arena məkanı deyil. Bəzən dini atributların vaistəsi ilə öz şəxsi maraqlarını gündəm mövzusu edirlər.

Bəzən dini mərasimlərdə dövlət əleyhinə şüarlar və dövlət əleyhinə təbliğatlar aparılır. Bu yolverilməzdir. Bu, dini baxımdan da heç vaxt qəbuledilməzdir. Mübarizə aparanda belə, ədalətli olmaq lazımdır. Yas mərasimi nə vaxtdan şüar səsləndirmə üçün münasib yer olub?! Hansısa Peyğəmbər və İmam sağ olsaydı, bu cur addım atardı? Hansısa, Peyğəmbər və ya İmam belə tövsiyə edərdi ki, manipulyasiya edib, vəziyyətdən sui istifadə edin, məqam fürsət tapılan məkanlarda dövlət əleyhinə təbliğatlar aparın?! Bizim üçün həqiqi meyar Peyğəmbərlər və İmamlardır.. Peyğəmbər və İmamların yolunu getməyə çalışan insanlar ayıq sayıq və diqqətli olmalıdır. 20 yanvar və Xocalı abidəsi kimi yerlər şüar səsləndirmə üçün deyil, ziyarət edib, şəhid olanların xatirəsini yad etmək üçündür.

Mən burada millət vəkili Məlahət İbrahimqızının bununla bağlı fikirləri ilə tamamilə razıyam. Deputatın qeyd etdi kimi baş verən hadisələrə münasibəti xaricdəki mərkəzlərdən idarə olunur. Onların məqsədi Azərbaycanda qeyri-sabitlik yaratmaq və ölkəni xarici mərkəzlərin poliqonuna çevirməkdir. Bunların hamısının eyni mərkəzdən idarə olunması və Azərbaycanın milli maraqlarına qarşı birləşdirilməsi anti-azərbaycançı siyasətin tərkib hissəsidir. Bir çox hallarda görürük ki, prinsipial məqamlarda hətta bu mərkəzlərin fəaliyyəti ermənilərlə birgə koordinasiya edilir. Amma Azərbaycan xalqı bunun fərqindədir. Azərbaycan xalqı da, Azərbaycanın hüquq sistemi də ölkəmizin milli maraqlarına qarşı çıxan bütün qruplaşmaları və yaxud birlikləri cəzalandırmağa qadirdir.

 

Nicat Tarverdiyev

İlahiyyatçı

Post navigation

Previous: Baş Prokurorluq Akif Çovdarova qaytarılan əmlakla bağlı protest verib
Next: ABŞ-ın sabiq prezidenti Donald Tramp həbs edilib

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.