Xəbər verdiyimiz kimi, Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı zala daxil olan vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumat yayılıb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov hüquq.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib.
“Vəkil tərəfindən mənə şifahi qaydada müraciət olunub. Hadisə ilə bağlı aidiyyəti orqanlarla əlaqə saxlamışam. Hazırda Şirvan Şəhər Prokurorluğunda aparılan araşdırmaların nəticəsini gözləyirəm. İnanıram ki, məsələ ədalətli və obyektiv şəkildə araşdırılacaq”, – deyə A.Bağırov qeyd edib.
Qeyd edək ki, faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırmalar aparılır.