“Vətən müharibəsi dövründə Azərbaycanın yanında qətiyyətlə dayandıq”-

ÇAVUŞOĞLU
19 Oktyabr 2021 - 16:28

“Azərbaycan işğal altında olan torpaqlarını azad edərkən biz öz qardaşlarımızın yanında qətiyyətlə dayandıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT World Forum 2021”də çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə münaqişədən sonra davamlı sülhə nail olmaq üçün təkliflərlə çıxış edir.