Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Allahşükür Paşazadə mərhum müctəhid Ayətullah Məhəmməd Səid əl-Həkimin vəfatı ilə bağlı başsağlığı verib.
Bununla bağlı QMİ sədri mərhum Ayətullah Məhəmməd Səid əl-Həkimin dəftərxanasına başsağlığı məktubu ünvanlayıb.
Başsağlığında Səid əl-Həkimin vəfatının Azərbaycanda da hüznlə qarşılandığı bildirilib.
Bəyanatda bildirilib ki, müctəhid həmişə Qarabağ münaqişəsilə bağlı Azərbaycanın haqq mövqeyini dəstəkləyib və o mərhum bu mövqeyini 44 günlük müharibə zamanı da nümayiş etdirib.
Şeyxülislam Allahşükür Paşazadə mərhumun yaxınlarına və müsəlmanlara başsağlığı verib.