Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Vətən Torpağını Qanları ilə Suvaranlar” layihəsinin növbəti tədbiri keçirilib

User 25 Noyabr 2025 - 13:15 (Last updated: 25 Noyabr 2025 - 13:35)
la01

22 noyabr 2025-ci ildə “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Vətən Torpağını Qanları ilə Suvaranlar” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub.

Tədbir Şəhid ailələri və qazilərin incəsənət və mədəniyyət nümayəndələri ilə görüşünü əhatə edib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra layihə rəhbəri və ictimai birliyin sədri Firidun Məmmədov iştirakçıları salamlayaraq layihənin məqsədləri haqqında məlumat verib və layihəyə göstərilən dəstəyə görə QHT Agentliyinə minnətdarlığını ifadə edib.

Görüşdə çıxış edən qonaqlar layihənin əhəmiyyətini vurğulayaraq bu kimi tədbirlərin davamlı təşkil olunmasının vacibliyini qeyd ediblər.

Tədbirdə iştirak edən Şəhid Milli Qəhrəman Mahmudov Ərəstun İsbəndi oğlunun bacısı Mədinə Məmmədova şəhid ailəsi olaraq tədbirə dəvət edilməsini yüksək qiymətləndirdiyini bildirib. O, bir neçə gün əvvəl vəfat etmiş anasının tədbirdə iştirak edə bilməməsinə görə təəssüfünü ifadə edib və vurğulayıb:
“Bəzən şəhid ailələrinin maddi təminatı ön plana çəkilir, halbuki bizim üçün ən böyük mənəvi dəstək şəhidimizin unudulmamasıdır. Onların yad edilməsi bizim üçün ən dəyərli diqqətdir.”

Müğənni, “Xan Qrupu”nun bədii rəhbəri və solisti Ağabala Sadıxzadə isə atasının Qazi olmasından qürur duyduğunu qeyd edib və belə görüşlərin şəhid və qazilərimizin həyat yolunu daha yaxından tanımaq imkanı yaratdığını bildirib. O, tədbirdə iştirak edən ifaçılara türkün “Qolu bükülməz” mahnısını birgə səsləndirməyi təklif edib və ifa yüksək əhval-ruhiyyə ilə qarşılanıb.

“Vətən Qazisi” mahnısının müəllifi şairə-müğənni Zəminə Elman tədbirlə bağlı fikirlərini bölüşərək gələcək fəaliyyətində də Qazilərə və Şəhid ailələrinə diqqətin artırılacağını bildirib və mahnısından bir parçanı səsləndirib.

Bundan sonra şəhid ailəsi Arzu Allahverdiyeva, tabor komandiri Qurban Sadıxzadə, Qazi ifaçı Fariz Mirzəyev, xanəndələr Qan Turalı, Maqsud Cəmilov, Anar Məmmədov, jurnalist İntizar Əmirova, aktyor Şahin İbrahimoğlu və digər iştirakçılar çıxış edərək öz fikirlərini bildiriblər.

Tədbir ümumilikdə səmimi və yüksək ruh yüksəkliyi şəraitində keçib, iştirakçılar görüşdən məmnun ayrılıblar.

 

 

AzPost.az

Post navigation

Previous: Stres zamanı niyə şirniyyata meyl edirik
Next: “Tik-Tok”da qısa videolara baxmaq beyini “çürüdür” –

Oxşar xəbərlər

top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
omikron xeste
  • Sosial

Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah

User 13 Noyabr 2026 - 19:31

xƏBƏR

top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
“Azərlotereya” ASC-yə məxsus olan “Misli” idman mərc oyunları (totalizator) və lotereya brendinin fəaliyyəti ilə bağlı şikayət daxil...
Read more about “Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.