Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Vətəndaş cəmiyyəti uğrunda” koalisiya seçkilərlə əlaqədar aralıq hesabatını təqdim edib

User 20 Avqust 2024 - 11:20 (Last updated: 21 May 2025 - 20:15)
zaur tedbir

“Vətəndaş cəmiyyəti uğrunda” QHT Seçki Müşahidə Koalisiyasının parlament seçkiləri ilə əlaqədar aralıq hesabatı təqdim edilib.

Seçki Müşahidə Koalisiyasının həmtəsisçisi Zaur İbrahimli qeyd edib ki, Koalisiya Naxçıvan MR-də daxil olmaqla ölkə üzrə 75 seçki dairəsində 500 nəfərdən çox müşahidəçi ilə müşahidə aparacaq.

 

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə işğaldan azad olunmuş ərazilərdə də müşahidə aparacaq. Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Laçın, Kəlbəcər rayonlarında, Şuşa şəhərində müşahidəçi kimi 30 illik işğaldan sonra öz yurdlarına daimi yaşamaq üçün qayıtmış QHT nümayəndələri cəlb olunub.

Bildirilib ki, seçkilər ərəfəsində Azərbaycandakı ictimai-siyasi mühit tam sabitdir.

Diqqətə çatdırılıb ki, vətəndaş cəmiyyəti nümayəndələri olan 2 namizəd sosial şəbəkələr vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada toplanmış və təqdim olunmuş imzaların etibarsız sayılması ilə verilmiş qərarların qanunsuz olduğunu və subyektiv yanaşmanı əks etdirdiyini bildiriblər.

Bir neçə namizədin imzatoplama kampaniyasına Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin, Bələdiyyələrin əməkdaşlarını cəlb etmək cəhdləri barədə məlumatlar daxil olub.

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Koalisiya MSK məlumatları və açıq mənbələr əsasında qeydə alınmış namizədlərlə əlaqədar təhlil aparıb.

Namizədliyi qeydə alınmış 1052 nəfərin faiz nisbəti ilə yaş qruplara bölgüsü aşağıdakı kimi olub:

18-39 yaş: ~39,4%
40-59 yaş: ~43.0%
60 yaş və yuxarı: ~17,6%

Gender bölgüsünə əsasən namizədlərin faiz nisbəti ilə say bölgüsü aşağıdakı kimidir:

Qadın – 26.4%
Kişi – 73, 6%

Namizədliyi qeydə alınan nəfərdən 308 nəfər 25 siyasi partiyanın nümayəndələridir. 25 siyasi partiyanın 592 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Daha çox namizəd 12 saylı Xəzər Birinci Seçki Dairəsində qeydə alınıb. Dairələr üzrə ən az qeydə alınmış namizədlərin sayı isə 6 nəfərdir.

Post navigation

Previous: Messi yığmaya çağırılmadı
Next: Bakıda bataqlığa düşən şəxs xilas edilib

Oxşar xəbərlər

dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
Həbs
  • Sosial

Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib

User 28 Oktyabr 2026 - 20:37

xƏBƏR

yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Tibb mütəxəssisləri tez yuxuya getməyə kömək edə biləcək beş qidanın adını açıqlayıblar. Bu barədə “Black Doctor” tibb...
Read more about Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
İdmandan sonra bu 5 səhv ürək üçün təhlükəlidir – kardioloq xəbərdarlıq etdi idman zali
  • Maraqlı

İdmandan sonra bu 5 səhv ürək üçün təhlükəlidir – kardioloq xəbərdarlıq etdi

User 28 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.