Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalardan Vətəndaş Həmrəyliyi Partiyasısının (VHP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədi məlum olub.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli APA-ya bildirib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən, azlıqda olan partiyalar Milli Məclisə Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd təqdim etməlidirlər.
Bu gün VHP-nın Siyasi Şurasının onlayn toplantısı keçiriləcək və sabah parlamentə VHP-nın namizədi təqdim olunacaq: “Yalnız Almas Əlisultan qızı Qəhrəmanlının VHP-nın MSK üzvlüyünə namizədliyi irəli sürülüb. Yəqin ki, Siyasi Şurada da onun namizədliyi təsdiqlənəcək və sabah partiyanın bu barədə məktubu Milli Məclisə təqdim olunacaq”.