“Yeni qaydalar – hərəkət məhdudiyyətləri 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək davam edəcək”.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib. Onun sözlərinə görə, https://icaze.e-gov.az portalı yalnız dövlət qurumları, habelə özəl təşkilatlar üçün nəzərdə tutulur:
“Bu sistem sabahdan – aprelin 3-dən işə düşəcək. Vətəndaşların fərdi qaydada evdən çıxmaları isə yalnız müvafiq bildiriş kodunu 8103 nömrəsinə SMS göndərməklə təmin ediləcək. Bu sistem isə 5 aprel tarixindən işə düşəcək”. (APA)