Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Vətəndaşlar kommunal xidmətlərdən razıdır? –

User 05 İyun 2023 - 15:24 (Last updated: 21 May 2025 - 20:15)
elektrik isiq

Sosial Tədqiqatlar Mərkəzi vətəndaşların kommunal xidmətlərlə (elektrik enerjisi, su və qaz) təminatına dair rəylərini öyrənmək məqsədilə sorğu keçirib.

Sorğu çərçivəsində respondentlərdən yaşadıqları evdə (mənzildə) kommunal xidmətlərin mövcudluq vəziyyəti və davamlılıq səviyyəsi soruşulub.

Sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Ümumi nəticələrə əsasən, sorğuda iştirak edənlərin 99.7%-i elektrik enerjisinin, 93.5%-i təbii qazın, 88.6%-i içməli suyun və 65.5%-i kanalizasiyasının mövcud olduğunu bildirib. Qeyd edək ki, sonuncu göstərici xəttin aidiyyəti qurum, yaxud vətəndaş tərəfindən çəkilməsindən asılı olmayaraq, nəticəni əks etdirir.

Elektrik enerjisi üzrə təminatı respondentlərin 92.7% daimi, 7.0% fasiləli olaraq qiymətləndirib. Respondentlərin 0.3%-i elektrik enerjisinin olmadığını bildirib.

  • Kənd ərazi vahidlərində məskunlaşan respondentlərin 90.0%-i, qəsəbədə məskunlaşanların 90.5%-i, şəhərdə məskunlaşanların 94.8%-i elektrik enerjisinin fasiləsiz olduğunu qeyd edib.
  • Sorğu iştirakçıları arasında elektrik enerjisin fasiləli olduğunu bildirənlər əsasən Qazax-Tovuz iqtisadi rayonunda yaşayan respondentlər olub.

Təbii qazla təminatın daimi olduğunu bildirənlər 89.9%, fasilələr olduğunu qeyd edənlər 3.6% təşkil edib. Respondentlərin 6.5%-i təbii qazın mövcud olmadığını ifadə edib.

  • Kənd ərazi vahidlərində yaşayan respondentlərin 79.2%-i, qəsəbələrdə məskunlaşanların 88.1%-i, şəhərdə yaşayanların 96.2%-i qaz təminatının fasiləsiz olduğunu bildirib.
  • Sorğu iştirakçıları arasında qaz təminatını müqayisə etibarilə aşağı qiymətləndirənlər Şəki-Zaqatala iqtisadi rayonunda yaşayan respondentlər olub.

İçməli su təminatı ilə bağlı olaraq, sorğuda iştirak edənlərin 71.2%-i təminatın daimi, 17.4%-i fasiləli olduğunu qeyd edib. Respondentlərin 11.4%-i içməli suyun, 34.5%-i kanalizasiyanın mövcud olmadığını bildirib.

  • Kənd ərazi vahidlərində yaşayan respondentlərin 68.5%-i, qəsəbədə məskunlaşanların 57.1%-i, şəhərdə yaşayanların 75.6%-i su təminatının fasiləsiz olduğunu ifadə edib. Həmçinin kənd ərazi vahidləri üzrə iştirakçıların 28.5%-i, qəsəbə üzrə 61.9%, şəhər üzrə 88.7%-i kanalizasiya xəttinin olduğunu bildirib.
  • Sorğu iştirakçıları arasında su təminatının fasiləli olduğunu bildirənlər əsasən Mil-Muğan və Quba-Xaçmaz iqtisadi rayonunda yaşayanlar olub. Kanalizasiya xəttinin mövcudluğu Bakı və Abşeron-Xızı iqtisadi rayonu üzrə sorğu iştirakçılarının 91-93%-i tərəfindən qeyd olunarkən, regionlar üzrə bu göstərici təqribən 50-52%-ə bərabərdir.

Qeyd edək ki, Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı əsasında Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi müəyyən olunub. Sözügedən sənəd  2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Sözügedən hədəflə çərçivəsində hazırkı rəsmi məlumatları nəzərdən keçirdikdə, ölkə üzrə əhalinin qazlaşma səviyyəsi 95.7% icra olunub. Əhalinin elektrik enerjisi ilə təminat səviyyəsi 100%, aidiyyəti qurum tərəfindən əhalinin içməli su təminatı 79.5%-ə bərabər olaraq qeyd edilib. Kanalizasiya şəbəkəsi paytaxt üzrə əhalinin 70%-dən çoxuna xidmət etdiyi halda, regionlar üzrə şəbəkələşmə 40%-ə yaxındır.

Kanalizasiya 38.2 əhali üzrə – Abşeron yarımadası – Azərsu 65%, digər 78%

Bakıda kanalizasiya şəbəkəsi əhalinin 78%-nə xidmət etdiyi halda digər şəhər ərazilərində bu yalnız 32% təşkil edir su ehtiyatları tükənməkdədir.

Qlobal iqlim dəyişikliyi və su bazarında artan tələbat səbəbindən 2030-cu ilədək ehtiyacların 40 faizinin mövcud əlçatan resurslarla təmin olunmayacağı gözlənilir. Külək enerjisindən istifadə olunması hesabına 2025-ci ilədək olan dövrdə elektrik enerjisi xərclərinin 15-25 faiz azalacağı ehtimal olunur.

Post navigation

Previous: “Baş Qərargah Ukraynanın əks-hücuma başladığını təkzib edib”
Next: Səfirliyin 347 min pulunu qumara qoyan sabiq diplomatımız həbs edildi

Oxşar xəbərlər

narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23

xƏBƏR

narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Bu...
Read more about Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu
Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır? Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır? dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23
Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı Beyin
  • Maraqlı

Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı

User 23 Oktyabr 2026 - 15:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.