“Sosial şəbəkədəki informasiyalara diqqətli yanaşın!” –- DİN-dən XƏBƏRDARLIQ

Vətəndaşlarımıza xəbərdarlıq edirik ki, sosial şəbəkələrdəki informasiyalara diqqətli yanaşsınlar.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis əvəzi, polkovnik leytenant Elşad Hacıyev keçirilən brifinqdə deyib.

“Çünki oradakı bəzi xəbərlər qarşı tərəfin öz cəmiyyətlərində nikbinlik yaratmaq məqsədli manipulyativ xəbərlərdir. Bu, Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək niyyətindən irəli gələn iddialardır və həqiqət deyil”, – o əlavə edib.

Əvvəlki məqalə

Xocavənddə mina terrorunda şəhid olan polislə Sumqayıtda vida mərasimi keçirilir

Sonrakı məqalə

Erməni silahlı birləşmələri səngərlərdən qaçır