Vəkillər Kollegiyasının Rəyasət Heyətinə bina ayrıldı –FOTO

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “07” iyun 2021-ci il tarixli, 335 s saylı Sərəncamı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə Bakı şəhərində ümumi sahəsi  3.500 kv.m olan bina ayrılıb.
Azpost.info bildirir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Mürəkkəb bir məsələ idi, çox xoşbəxtəm ki, sədr seçildiyim gündən etibarən rast gəldiyim ən çətin problemlərdən biri həllini tapdı. İnanıram ki, tezliklə müasir və modern “Vəkil Evi” vəkillərimizin istifadəsinə veriləcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev 2005-ci və 2018-ci illərdə vəkilliyin güclənməsi naminə verdiyi müvafiq Sərəncamlarda Vəkillər Kollegiyası üçün Bakı şəhərində bina ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Alzheimer xəstəliyinə qarşı ilk dərman təsdiqlənib

Sonrakı məqalə

Uşaqları bağırsaq qurdlarından necə qoruya bilərik?