Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Vətəndaşlar Azərbaycanı daha Avropa ölkəsi hesab etmir –

User 06 Aprel 2024 - 15:58 (Last updated: 21 May 2025 - 20:15)
sorqu

Dünyadakı hərbi münaqişələrdən irəli gələn qeyri-müəyyənlik və təhlükəsizlik amilləri münaqişələrin tərəfinə çevrilməyən ölkələri yeni geosiyasi nizam axtarışlarına sövq edir. Beynəlxalq və regional güc mərkəzlərinin təsir dairələrinin dəyişməsi zəminində Orta Dəhliz coğrafiyasının yüksələn strateji əhəmiyyəti onun iqtisadi-nəqliyyat potensialı ilə yanaşı, kənar qüvvələrin regionu yeni rəqabət meydanına çevirmə planlarına qarşı birgə təhlükəsizlik siyasətinin nüvəsi rolunda çıxış etmək imkanlarını göstərir.

Sosial Tədqiqatlar Mərkəzindən Azpost.info-ya daxil olan məlumatda deyilir ki,  yeni dövrdə regionda formalaşan reallıqlar və şərtlər çərçivəsində cəmiyyətin bu istiqamətdə mövqeyini öyrənmək məqsədilə rəy sorğuları keçirib. Sorğu çərçivəsində vətəndaşlara “Azərbaycanı ilk növbədə aşağıdakılardan hansına aid edirsiniz?” sualı ünvanlanıb və cavab variantları təqdim olunub.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 61.6%-i Azərbaycanı ilk növbədə Türk dünyası ölkələrinə aid edib. Respondentlərin 22.1%-i İslam ölkələrinə, 9.9%-i keçmiş sovet ölkələrinə, 1.6%-i Qərb ölkələrinə, 1.3%-i Şərq ölkələrinə aid etdiyini bildirib. Sorğuda iştirak edənlərin 1.3%-i digər cavab variantlarını qeyd edib, 2.3%-i fikir bildirməkdə çətinlik çəkib.

Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

 

Post navigation

Previous: “Sosial ödənişlərdə artımlar ola bilər” –
Next: Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün təxribatçı addımlardan çəkinməlidir

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.