“Vəziyyətdən istifadə edib cibinizi doldurmayın!” –Lukaşenkodan məmurlara xəbərdarlıq

“Qərbin sanksiyaları fonunda yaranmış iqtisadi problemlər Belarus vətəndaşları və məmurları tərəfindən şəxsi varlanma aləti kimi istifadə edilməməlidir”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun fikrincə, belaruslar indiki şəraitdə dövlətə kömək etməlidirlər: “Hamının başa düşməsini istəyirəm – vəziyyətdən istifadə edib pul qazanmaq, cibinizi doldurmaq heç bir işə yaramayacaq”.

Belarus prezidenti əlavə edib ki, sui-istifadə halı olarsa, bunun qarşısı dövlət tərəfindən alınacaq.

Azpost.info

Əvvəlki məqalə

Prezident Bakıda yeni yarımstansiyanın və Rəqəmsal Mərkəzin açılışında –

Sonrakı məqalə

Yaponiya Rusiyaya bu malların tədarükünə qadağa qoydu –