“Vəziyyəti kritikdir, ölə bilər…”- Saakaşvilinin anası

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasanya oğlunun zəhərlənmə səbəbindən kritik vəziyyətdə olduğunu bildirib.

Azpost.info xəbər verir ki, o, Saakaşvilinin həbsində və zəhərlənməsində iştirak edən bütün insanların cəzalandırılacağına ümid etdiyini deyib: “Zəhər bədənindən çıxana qədər hələ çox xəstələnəcək. Bəlkə də heç sağ qalmayacaq. Təəssüf ki, məhkəmələr uzanır, bu onun üçün çox zərərlidir. Ümid edirəm ki, bu qanunsuz həbsdə və onun bu cür iztirab və zəhərlənməsində iştirak edən hər kəs öz cəzasını alacaq”.

Saakaşvilinin həkimləri hesab edir ki, Gürcüstanın keçmiş prezidentini sağaltmaq demək olar ki, mümkün deyil. Onların sözlərinə görə, son vaxtlar Saakaşvili 42 kiloqram arıqlayıb, onun koqnitiv funksiyaları da pozulub: “Hazırkı müalicə səmərəsizdir və Saakaşvilinin vəziyyətini daha da ağırlaşdırır. Səhhəti yaxşılaşmasa, o, bir neçə ay yaşaya bilər”.

Azpost.info

Əvvəlki məqalə

Prezident bir qrup idmançıya və idman mütəxəssisinə mənzil verib

Sonrakı məqalə

Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilib