Milli Məclisin deputatı Vahid Əhmədova töhmət verilib.
Azpost.info xəbər verir ki, o, blogger Mehman Hüseynova verdiyi müsahibədə səsləndirdiyi bir sıra fikirlərə görə cəzalandırılıb.
Bəs bu günə qədər 9 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar seçkilərlə formalaşan parlamentdə başqa hansı deputatlara töhmət verilib? Belə bir nümunə varmı? Var. Vahid Əhmədovdan əvvəl iki deputat da töhmətlə cəzalandırılıb. Bunlar 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçilən Könül Nurullayeva, digəri isə 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilən Bəhruz Məmmədovdur. Onların hər ikisi 2020-ci ildə töhmət alıblar.
Deputatlar çıxışlarında Azərbaycanın dövlət siyasətinə zidd fikirlər səsləndirdiyinə görə cəzalandırılıblar.
Abbas