“Vahid İstintaq Komitəsi yaradılmalıdır” –Deputat Qüdrət Həsənquliyev

“Azərbaycanda istintaq aparan 8 istintaq orqanı var. Çox az nazirliyin istintaq orqanı yoxdur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Qüdrət Həsənquliyev deyib ki, vahid İstintaq Komitəsi yaradılmalıdır: “Məhkəmələrdə süründürməçilik halları da çoxdur. AzərTAC-ın müxbiri 2022-ci ilin oktyabrından işə bərpa ilə bağlı müraciət edib, indiyə kimi süründürməçiliyə yol verilir. Belə hallara məruzədə diqqət yetirilməlidir. Biz güclü hüquq-məhkəmə sistemi yaratmalıyıq”.

Əvvəlki məqalə

Məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumat yayanlar 3500 manatadək cərimələnəcək

Sonrakı məqalə

Jurnalistlərin fəaliyyətinə müdaxilə edənlər 600 manat cərimələnəcək