“Ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik”.
Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.
Nazir bildirib ki, bununla bağlı qaydalar hazırlanır: “Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq”.