“Valideynlərdən COVID-19 pasportu tələb etmirik” –TƏHSİL NAZİRİ

“Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik”.

Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

Nazirin sözlərinə görə, vətəndaşların müəyyən məkanlara daxil olması üçün onlardan COVID-19 pasportu tələb olunur ki, bu prosesə də aidiyyəti qurumlar nəzarət edir: “Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik. Lakin düşünürük ki, hər bir vətəndaş vaksinasiya prosesinə aktiv qoşulmalıdır. Valideyn məktəb binasına daxil olursa, məsuliyyəti dərk edərək vaksin olunsa, yaxşıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Brilliant Dadaşova koronovirusa yoluxub –

Sonrakı məqalə

Qarabağda sülhməramlıların yeni komandanı general Mixail Kosobokov ola bilər